Çərşənbə , Aprel 17 2024
Ana səhifə / İdman / Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

İspaniyanın “Real Madrid” komandasının sabiq futbolçusu Lüka Zidan “Eybar”a keçib.

“Report”un məlumatına görə, 24 yaşlı qolkiper yeni klubuna azad agent qismində transfer olunub. Səviyyəcə ikinci liqa sayılan Sequndanın təmsilçisi onunla 2 illik müqavilə bağlayıb.

L.Zidanın sonuncu klubu son 2 mövsümdə formasını geyindiyi “Rayo Valyekano” olub. O, “Rasinq” və “Real Madrid”in B komandasında da çıxış edib.

Qeyd edək ki, Lüka Zidan əfsanəvi futbolçu Zinəddin Zidanın oğludur.

Həmçinin oxuyun

Bu matçla bağlı araşdırma başlayıb – VİDEO

Azərbaycanın futbol üzrə I Liqasının XX turunda keçirilən “İrəvan” – “Araz Saatlı”(1:4) matçı ilə bağlı …