Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

“Real”ın baş məşqçisi Zinəddin Zidanın komandadakı vəziyyətini düzəltmək üçün şans olaraq iki matç var.

“Report” xəbər verir ki, bu barədə “Lequipe” bildirib.

Məlumata görə, Zidanın “Real Madrid”dəki gələcəyini İspaniya çempionatında “Barselona”ya qarşı matç, həmçinin Çempionlar Liqasında “Borussiya M” ilə görüş həll edəcək.

Daha əvvəl bildirilirdi ki, “Real” Zidanı komandanın baş məşqçisi postundan kənarlaşdıra bilər. “Kral Klubu” “Tottenxem Hotspur”un keçmiş məşqçisi Maurisio Poçettino və “Real”-“Kastilio” ehtiyat komandasının məşqçisi Raul Qonzalezin namizədliyini nəzərdən keçirir.

Xatırladaq ki, “Real” son iki matçda uduzub. Komanda La Liqada “Kadis”ə (0:1), Çempionlar Liqasında “Şaxtyor”a (2:3) məğlub olub.

“Barselona” ilə “Real” arasında matç oktyabrın “Nou Kamp”da stadionunda keçiriləcək. “Borussiya M” Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda oyun oktyabrın 27-ə planlaşdırılıb.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …