Bazar , Yanvar 16 2022
Ana səhifə / İdman / Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan öldü

Zabit Səmədovun nokauta saldığı idmançı koronavirusdan öldü

Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.

“Haber Global”ın məlumatına görə, ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.

Həmçinin oxuyun

Aleksandr Səmədov Azərbaycan millisini seçməməsinin səbəbini açıqlayıb

“Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub”. Bunu Rusiya milli …