Şənbə , Yanvar 23 2021
Ana səhifə / İdman / Zabit Səmədovdan ŞOK QƏRAR: sevənləri çox ÜZÜLƏCƏK

Zabit Səmədovdan ŞOK QƏRAR: sevənləri çox ÜZÜLƏCƏK

“Mauqli” ləqəbli azərbaycanlı kikboksçu Zabit Səmədov şok açıqlama verib.
O, karyerasını başa vuracağını deyib.
Səmədov bu barədə Belarusun paytaxtı Minskdə Rusiya Federasiyasının Çeçenistan Respublikasının “Axmat” klubunun təşkil etdiyi turnirin mərkəzi görüşündən sonra Belarus mediasına verdiyi açıqlamada deyib.
“Azərbaycanda öz klubumu yaratmaq və brendimi inkişaf etdirmək fikrindəyəm. Artıq döyüşlərdə klubumun döyüşçüləri məni təmsil edəcəklər. Son 1 və ya 2 döyüşdən sonra rinqlə vidalaşacam” – “Mauqli” bildirib.
Qeyd edək ki, sözügedən döyüşdə Səmədov rusiyalı Yevgeni Orlov ilə üz-üzə gəlib və nokauta göndərib.(publika.az)

Həmçinin oxuyun

Avropa futbol çempionatı bu il keçirilə bilər, amma…

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib ki, Tokio Yay Olimpiadası daha bir il təxirə …