Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / İdman / Zabit Səmədov Bakıda peşəkar döyüş məktəbinin açılışını etdi (VİDEO)

Zabit Səmədov Bakıda peşəkar döyüş məktəbinin açılışını etdi (VİDEO)

“Mauqli” ləqəbi ilə tanınan, dəfələrlə dünya çempionu olmuş Zabit Səmədov öz peşəkar döyüş məktəbini açıb.

Məktəb Heydər Əliyev adına İdman və Konsert kompleksinin binasında ayrılmış xüsusi yerdə fəaliyyət göstərəcək. 
Açılış mərasimində Zabitlə bərabər, onun idmançı həmkarları, tanınmış simalar və şou-biznes nümayəndələri iştirak ediblər.
Altı yaşından yuxarı hər bir şəxs “Zabit Səmədov döyüş məktəbi” adı ilə fəaliyyət göstərəcək məktəbə yazıla bilər. 
Döyüş məktəbinə mart ayından etibarən Belarus, Rusiya, Ukrayna və Tailandın tanınmış idman ustaları dəvət olunacaq.
Eyni zamanda ayda iki dəfə olmaqla Zabit Səmədovun özünün və bir sıra dünyaşöhrətli idmançıların iştirakı ilə master-klasslar təşkil ediləcək.
“Zabit Səmədov döyüş məktəbi” prezident İlham Əliyevin dəstəyi ilə yaradılıb. 
Qeyd edək ki, Zabit Səmədov uzun illər Belarusda yaşayıb. Peşəkar idmançı artıq bir ildir ki, Azərbaycana köçüb və fəaliyyətini burada davam etdirir. (oxu.az)


Həmçinin oxuyun

FIFA 7 futbolçunu ömürlük futboldan uzaqlaşdırıb

FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb. Qurumun saytında bildirilirki, onlardan 7-si …