Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / İdman / Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu

Zabit Səmədov Avropanın “Krallar Kralı” oldu

Rusiyanın paytaxtı Moskvada Jara Fight Show adlı kikboksinq turniri başa çatıb.

Virtualaz.org-un məlumatına görə, ötən gecənin əsas döyüşlərindən biri azərbaycanlı Zabit Səmədovla fransız boksçu Fredi Kemayo arasında baş tutub.

Beş raundun hamısı idmançımızın üstünlüyü şəraitində keçib. Görüşün bütün üç hakimi qələbəni Səmədova verib – 50:46. Bununla da o, ağır çəkidə King of Kings (Krallar kralı) versiyası üzrə Avropa çempionu olub.

Bu, Zabit Səmədovun karyerası ərzində qazandığı 99-cu qələbə olub. Qələbəsini Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edən idmançımıza çıxış etdiyi Çeçenistanın “Əhməd”klubu adından “Mercedes” avtomobili bağışlanıb.

Həmçinin oxuyun

AFFA iki oyunçunu futboldan kənarlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir …