Çərşənbə , Fevral 1 2023
Ana səhifə / İdman / “Yuventus”un xalları silinib, klub turnir cədvəlində 8 pillə geriləyib

“Yuventus”un xalları silinib, klub turnir cədvəlində 8 pillə geriləyib

Futbol üzrə İtaliya çempionatının A Seriyasının prokuroru “Yuventus”un fəaliyyətində yol verdiyi maliyyə pozuntularına görə klubun ölkə birinciliyində topladığı xalların 15-ni silib.

Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Nəticədə klub turnir cədvəlində 3-cü pillədən 11-ci pilləyə enib.

Qeyd edək ki, İtaliya Futbol Federasiyasının prokurorluğu maliyyə fırıldaqlarına görə Turinin “Yuventus” futbol klubundan ölkə çempionatında doqquz xalın silinməsini tələb etmişdi.

Həmçinin oxuyun

Qurban Qurbanov “Qarabağ“ın yeni transferlərindən danışdı

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov transfer məsələlərindən danışıb. O, yeni transferlər haqqında danışarkən qeyd edib: “Əlavə …