Bazar , Yanvar 17 2021
Ana səhifə / İdman / “Yuventus”un sabiq futbolçusu karyerasını bitirdi

“Yuventus”un sabiq futbolçusu karyerasını bitirdi

İsveçrə millisinin sabiq futbolçusu Stefan Lixtştayner karyerasını başa vurub.

“Report” xəbər verir ki, bu barədə İsveçrə Futbol Federasiyasının rəsmi “Twitter” hesabı məlumat yayıb. Keçmiş müdafiəçi 36 yaşında futbolla vidalaşıb.

Qeyd edək ki, Stefan Lixtştayner İtaliyanın “Yuventus” və İngiltərənin “Arsenal” klubunun formasını geyinib. Müdafiəçi 7 dəfə İtaliya çempionu olub, “Arsenal”la isə 2019-cu ildə Bakıda keçirilmiş Avropa Liqasının finalında “Çelsi”yə uduzub – 1:4.

Son olaraq Almaniyanın “Auqsburq” klbunda çıxış edən futbolçu 108 dəfə İsveçrə millisinin formasını geyinib.

Həmçinin oxuyun

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib. Beynəlxalq Futbol Tarixi və Statistikaları …