Şənbə , Oktyabr 31 2020
Ana səhifə / İdman / “Yuventus” ardıcıl 9-cu dəfə İtaliya çempionu olub

“Yuventus” ardıcıl 9-cu dəfə İtaliya çempionu olub

İtaliya A seriyasında XXXVI tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, 2019/20 mövsümünün çempionu bəlli olub.

ƏTRAFLI Red Bull Öz meydanında “Sampdoriya” üzərində qələbə qazanan “Yuventus” sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. Bununla “qoca sinyora” ümumilikdə 36-cı, ardıcıl isə 9-cu çempionluğunu əldə edib. Turin təmsilçisi artıq 3000 gündən çoxdur A seriyası çempionluğunu heç kimə vermir. Komanda 2012-ci il mayın 6-dan başlayaraq ardıcıl 9-cu Skudettonun qalibi olub.

“Latsio” səfərdə “Verona”nı darmadağın edib. Bu qarşılaşmada het-trik edən Çiro İmmobile cari mövsümdə qollarının sayını 34-ə çatdırıb və bombardirlər yarışında liderliyini möhkəmlədib.

Paytaxtın digər klubu “Roma” öz meydanında “Fiorentina”ya minimal hesabla qalib gəlib.

“Spal”la səfərdə bərabərə qalan “Torino” isə elitadakı yerini təmin edib.

İtaliya A seriyası

XXXVI tur

26 iyul

“Bolonya” – “Leççe” – 3:2

Palasio, 2; Soriano, 5; Barrou, 90+3 – Mankosu, 45+2; Falko, 66

“Roma” – “Fiorentina” – 2:1

Veretut, 45 (pen.), 87 (pen.) – Milenkoviç, 54

“Kalyari” – “Udineze” – 0:1

Okaka, 3

“Spal” – “Torino” – 1:1

D’Alessandro, 80 – Verdi, 57

“Verona” – “Latsio” – 1:5

Amrabat, 38 (pen.) – İmmobile, 45+6 (pen.), 84, 90+4 (pen.); Milinkoviç-Saviç, 56; Korrea, 63

“Yuventus” – “Sampdoriya” – 2:0

Ronaldo, 45+7; Bernardeski, 67

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …