Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / Yunis Hüseynov: “Bu gün mübariz oyun getdi, normal futbol oynadıq”

Yunis Hüseynov: “Bu gün mübariz oyun getdi, normal futbol oynadıq”

“Bu gün mübariz oyun getdi. Xeyli müddət təbii otda məşq edirdik. Ancaq bu gün süni örtükdə oynamalı olduq və bu, çıxışımıza təsir etdi. Buna rəğmən, normal futbol oynadıq”.

“Report” xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bildirib ki, komandası qələbə qazana da bilərdi. Lakin 55-ci dəqiqədən 10 nəfərlə oynamağa məcbur olmaları buna maneçilik törədib:

“Şəhriyar Rəhimovun dizində zədəsi vardı. Ancaq əvəzləməm yox idi. Sağ olsun, Şəhriyar kapitan kimi mübarizliyini göstərdi. Zədəli futbolçularımızı sabah müayinə edəcəyik”.

Hüseynov futbolçularla yanaşı, özünün də zədələndiyini bildirib:

“Elə epizod oldu ki, hirsimi dəmirdən çıxdım. Dəmir əlimi kəsdi”.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …