Cümə , Oktyabr 23 2020
Ana səhifə / İdman / Yığmamızın baş məşqçisi: “Bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar”

Yığmamızın baş məşqçisi: “Bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar”

“Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan çox bacarıqlı komanda idi”.

ONA-nın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd deyib.

Avropa çempionatının elit-raundu çərçivəsində keçirilən İrlandiya – Azərbaycan oyunu (3:1) barədə fikirlərini açıqlayan mütəxəssis məğlubiyyətin səbəbini rəqibin gücü ilə izah edib: “Uduzmağımıza baxmayaraq, bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar. Sadəcə, hər biri ayrı-ayrılıqda öz üzərində çox çalışmalıdırlar. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Final mərhələsinə yüksəlmək şansımızı itirdiyimizə görə çox məyusuq. Bu komanda həlledici oyunlara layiq komanda idi, azacıq diqqətsizliyə görə bu gün məğlub olduq. İrlandiya millisini təbrik edirəm. Hakimliklə bağlı danışmamaq barədə özümə söz vermişəm”.


Qeyd edək ki, ilk iki oyunda cəmi bir xal toplayan millimiz final mərhələsinə yeganə vəsiqə qazanmağa nəzəri şanslarını da itirib.

Həmçinin oxuyun

Zidanın “Real”dakı taleyini qarşıdakı 2 matç həll edəcək

“Real”ın baş məşqçisi Zinəddin Zidanın komandadakı vəziyyətini düzəltmək üçün şans olaraq iki matç var. “Report” …