Şənbə , Noyabr 28 2020
Ana səhifə / İdman / Yığmamız Rusiyaya məğlub oldu

Yığmamız Rusiyaya məğlub oldu

İranın İsfahan şəhərində təşkil olunan “4 Top Nations” turnirində iştirak edən futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Azinforum.az AFFA-ya istinadən məlumat verir ki, Rusiya yığması ilə qarşılaşan komandamız 3:4 hesabı ilə məğlub olub. Yığmamızın heyətində Kardosa Everton, Karvalho dos Santos və Villiams Oliveira do Nascimento fərqlənib.

Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09:30-da Qazaxıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, bundan əvvəl millimiz İran yığması ilə 3:3 hesablı bərabərə qalmışdı.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …