Sosial şəbəkədə biz:
Yeniyetmələrimiz Avropa çempionu oldu
Xəbər Şəkli

Yeniyetmələrimiz Avropa çempionu oldu

30 June 2026, 08:54
İdman

İspaniyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında iki idmançımız qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, 50 kq çəki dərəcəsində çıxış edən Nihad Ağayev birinci yeri tutub. Həmin çəki dərəcəsində çıxış edən Fərid Rzazadə gümüş medala yiyələnib.
Həmçinin, 40 kq çəki dərəcəsində mübarizə aparan Zəhra Quliyeva finalda macarıstanlı Nora Pirbus-Qrofa tam üstünlüklə qalib gələrək İspaniyada keçirilən qitə birinciliyinin qızıl medalına sahib çıxıb.