Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İdman / Yeni baş məşqçinin Azərbaycan millisinə dəvət etdiyi ilk futbolçu bəlli olub

Yeni baş məşqçinin Azərbaycan millisinə dəvət etdiyi ilk futbolçu bəlli olub

Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin dəvət göndərdiyi ilk futbolçunun adı müəyyənləşib.

“Report” xəbər verir ki, 53 yaşlı xorvatiyalı mütəxəssis Almaniyanın “Proyssen” komandasının formasını geyinən Rüfət Dadaşovu yığmaya çağırıb. 27 yaşlı hücumçu 17 – 25 martda millinin düşərgəsində yer alacaq.

Dadaşov bu səbəbdən martın 23-də Münster təmsilçisinin III liqanın 30-cu turunda “Unterxaxinq”lə ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan millisi martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiya komandasının qonağı olacaq. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv martın 25-də Bakıda Litva yığması ilə yoldaşlıq oyunu keçirəcək. 

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …