Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / İdman / “Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik” – Qurban Qurbanov

“Yaxşı nəticə ilə Bakıya qayıtmaq istəyirik” – Qurban Qurbanov

“Komanda istəklidir. Yaxşı oyun və nəticə ilə Bakıya qayıtmaq istəyirik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Finlandiyada HİK-ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis var güclərini meydanda qoyacaqlarını bildirib: “Meydan süni örtüklüdür, amma buna hazır olmalıyıq. Ən yaxşısını etməyə və azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 17-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İlk matçda “köhlən atlar” qələbə qazanıb – 2:1.

Həmçinin oxuyun

Millimiz UEFA Millətlər Liqasında qələbə qazanıb

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb.Komanda ikinci oyununda səfərdə Monteneqro …