Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / “Yaxşı ki, futbola baxmıram, yoxsa manyak olardım…“ – Röya

“Yaxşı ki, futbola baxmıram, yoxsa manyak olardım…“ – Röya

“İlk dəfə həyatımda o qədər həyəcanla futbola baxdım“.

Bu sözlər Xalq artisti Röya Ayxana məxsusdur.

Tanınmış müğənni bu yaxınlarda futbolla bağlı “TikTok“da trend olan videosundan danışıb:

“Oğlum dedi ki, dostlarımı çağırmışam, onlarla oyunu izləyəcəm. Mənim də o gün bir işim var idi,

1 saatlıq evdən çıxdım, qayıtdım. Onlarla birgə həmin həyəcanı yaşadım. Dedim, yaxşı ki, futbola baxmıram, yoxsa manyak olardım (gülür).

Boşanandan sonra “Qarabağ”ın oyunlarına baxmağa başlamışam. Mənim keçmiş həyat yoldaşım da çox futbol sevirdi.

Həmçinin, atam da oyunları izləyirdi. Arada elə stress keçirirdi ki, elə bilirdim, nəsə başa verir.

Böyüdükcə, anladım ki, bu kişilərin xasiyyətidir, həyəcanlarını belə bildirirlər. Həmin gün də elə həyəcanla evə qayıtdım ki…

Bir də işçilərimə hədiyyə söz vermişdim ki, oğlumun dediyi kimi olsa, udsa, hədiyyə alacam. Sevindim, çünki oğlum qazandı.

Düzdür, ziyan mənə dəydi, amma yenə də… Bircə onu deyim ki, mən dəyişməyi sevən insanam.

On il bundan əvvəl futboldan soruşsalar, deyərdim ki, baxmıram. Amma həyat elə gətirdi ki, oğluma görə izləyirəm.

Ona görə həyat bumeranqdır. “Etməyəcəm“, “etmirəm“ deməyək, “sevirəm“ deyək, Allah da bizi sevsin“./SPORTİNFO.AZ

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …