Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Vaqif Cavadov klub yaratdı: “Məqsədimiz Azərbaycan futbolunun lideri olmaqdır“

Vaqif Cavadov klub yaratdı: “Məqsədimiz Azərbaycan futbolunun lideri olmaqdır“

Uzun müddətdir ki, yaşıl meydanlardan kənarda qalan millimizin sabiq üzvü Vaqif Cavadov yeni futbol klubu yaradıb.

Yenisabah.az xəbər verir ki, adı “Azleader” olan klubun ofisi Bakının Xətai prospektində yerləşir.

Futbolçu Offsideplus.az-a açıqlamasında bildirdi ki, əsas məqsədləri Azərbaycan futbolunun lideri olmaqdır:

“Klubu yaratmaqda məqsədimiz Azərbaycan futbolunun lideri olmaqdır. Mən, ailəm və qohumlarım hər zaman Azərbaycan futboluna xidmət etmişik. Buna görə də, futboldan kənar qala bilməzdim. Azərbaycanda həqiqətən lider keyfiyyətlərinə malik futbolçular yetişdirmək arzusundayıq. Əlbəttə ki, Azərbaycanda bir lider var, o da, cənab prezidentimizdir. Onun idmana və xüsusən də, futbola göstərdiyi diqqət və qayğı göz qarşısındadır”

Cavadov təsis etdiyi klubun sponsorluq məsələsinə də aydınlıq gətirdi:

“Klubun heç bir sponsoru yoxdur. Nə olubsa, hər şeyi şəxsi vəsaitim hesabına etmişəm”

Qeyd edək ki, “Azleader” futbol klubunda 4-14 yaş arası uşaqlar məşq edə biləcək. 

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …