Cümə axşamı , May 23 2019
Ana səhifə / İdman / Vangelis Platellas: “Qarabağ” daha çox tanınsa da, ölkənin ən köklü klubu “Neftçi”dir”

Vangelis Platellas: “Qarabağ” daha çox tanınsa da, ölkənin ən köklü klubu “Neftçi”dir”

“Neftçi”dən aldığım təklifi dəyərləndirəndə heç bir tərəddüd keçirmədim. Çünki Yunanıstandan kənarda legioner həyatı yaşamaq istəyirdim”.

ONA-nın məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Vangelis Platellas deyib.

Yunanıstanlı yarımmüdafiəçi vətənində verdiyi müsahibədə qışda keçdiyi Bakı klubu və çempionat barədə fikirlərini bildirib: “Bunun üçün motivasiyam böyük idi və qərarıma görə təəssüflənmirəm. Azərbaycan çempionatı inkişaf edib, yaxşı səviyyəyə malikdir. Burda futbol üçün yaxşı şərait var. Rəhbərlik daim komandanın yanındadır. Stadiondan kənarda da heç bir problem yoxdur. Son 6-7 ildə hamını qabaqlayan “Qarabağ” daha çox tanınsa da, ölkənin ən köklü, tarixə malik klubu “Neftçi”dir”.

V.Platellas Avropa Liqasına hazırlıq və buradakı mümkün rəqiblər arasında sabiq komandası “Aris”in olmasına da münasibət bildirib: “Avropa Liqasında Yunanıstan klubları, şərəfini qoruduğum “Aris”lə qarşılaşmaq imkanımız var. Belə bir matçın olmasını istəyərdim. 25 gündən sonra avrokubokların hazırlığına start verəcəyik. “Neftçi” ilə müqaviləm var və karyeramı burada davam etdirəcəyəm”.

Yunanıstanlı legioner Bakını bəyəndiyini və uyğunlaşma ilə bağlı problem yaşamadığını qeyd edib: “Bakı gözəl şəhərdir, kiçik Dubaydır. Şəhər çox yenilənib. Uyğunlaşma prosesinin daha çətin olacağını düşünürdüm. Burada avropalılar çox olsalar da, yunan yalnız mənəm”.

Qeyd edək ki, qış fasiləsində “Neftçi”yə qoşulan V.Platellas Topaz Premyer Liqasının gümüş mükafatını qazanıb.

Həmçinin oxuyun

UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək

Bakıda Avropa liqasının final matçının keçirilməsi ilə əlaqəda mayın 29-da ölkəmizin paytaxtında UEFA İcraiyyə Komitəsinin …