Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək, uduzub- VİDEO

Uqandalı yüngül atlet yarış zamanı finişdə qələbəni bayram edərək, uduzub- VİDEO

Uqandalı yüngül atlet Yakob Kiplimo Braziliyada qaçış zamanı sona yaxın qələbəni bayram etməyə başlayıb və uduzub.

“Report” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Qeyd edilir ki, o, arxasında keniyalı rəqibi Kibivott Kandinin olmasını nəzərə almayıb. Uqandalı 19 yaşlı atlet finişə çatanda qələbəni bayram etmək üçün əllərini yuxarı qaldıranda məlum olub ki, keniyalı onu ötüb.

Qeyd edilir ki, rəqibinin səhvindən istifadə edərək qalib olan Kandi yeni rekorda imza atıb. O, 15 kilometrlik məsafəni 43 dəqiqədən az müddət ərzində qət edib. Yeni rekord 42 dəqiqə 59 saniyə təşkil edir. Öz növbəsində Kiplimo bu məsafəni 43:00 dəqiqəyə qət edib.

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …