Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / İdman / Ukraynalı atlet Bakıda Rusiya telekanalına müsahibədən imtina etdi – VİDEO

Ukraynalı atlet Bakıda Rusiya telekanalına müsahibədən imtina etdi – VİDEO

Heydər Əliyev Fondunun 5-ci dəfə “Küləyə qalib gə” şüarı ilə təşkil etdiyi “Bakı Marafonu-2022”nin qadınlar kateqoriyasında qalibi Valentina Veretskaya yarışdan sonra diqqət mərkəzinə düşüb.
Oxu.Az xəbər verir ki, Azərbaycan telekanallarına təmsil etdiyi ölkə kürəyində Ukrayna bayrağı müsahibə verib.

Lakin o, ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “Mir” telekanalına müsahibə verməkdən imtina edib. Kanalın müxbiri müsahibəyə nə qədər cəhd etsə də, onu fikrindən daşındırmaq mümkün olmayıb.

Qeyd edək ki, Valentina Veretskaya Ukraynanın Zaporojye şəhərindəndir və peşəkar marafon atletidir.

https://baku.tv/embed/54418

Həmçinin oxuyun

UEFA Region Kuboku: “Cəbrayıl” bu gün yenidən “Kolos”la qarşılaşacaq

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda …