Cümə axşamı , May 26 2022
Ana səhifə / İdman / Ukraynada Azərbaycan vətəndaşı olan idmançı İTKİN DÜŞDÜ

Ukraynada Azərbaycan vətəndaşı olan idmançı İTKİN DÜŞDÜ

Ukraynanın paytaxt Kiyevdə Azərbaycan vətəndaşı Əli Vaqif oğlu Hüseynov itkin düşüb.

“Report”un məlumatına görə, Nikolayev şəhərində yaşayan həmvətənlimiz bir müddət əvvəl Kiyevə gəlib və aprelin 18-dən etibarən onunla əlaqə kəsilib.

Nikolayevin azərbaycanlı polisi Turan Fikrət bildirib ki, Ə.Hüseynov sonuncu dəfə Kiyevin Trayeşina rayonunda, “Çerniqovskaya” metrosu istiqamətində gedib və bundan sonra ondan xəbər alınmayıb.

Qeyd edək ki, Ə.Hüseynov Ukraynada tanınmış idmançı kimi MMA növü üzrə bir sıra turnirlərin qalibi olub.

Həmçinin oxuyun

Azərbaycanlı boksçu İrəvanda erməni rəqibinə qalib gəlib

Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə …