Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA Türkiyə-Azərbaycan oyununun yerini və vaxtını açıqladı

UEFA “AVRO-2020″nin final mərhələsinin iştirakçılarının turniröncəsi yoldaşlıq matçlarının təqvimini açıqlayıb.
Qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmaların da yoxlama görüşlərinin vaxtı və yeri müəyyənləşib.
Türkiyə milllisi qitə çempionatına hazırlıq məqsədi ilə 4 yoxlama oyunu keçirəcək. İlk oyun martın 27-də Lyublyanada Sloveniyaya qarşı olacaq. Qardaş ölkə millisi 3 gün sonra Vyanada Avstriya ilə qarşılaşacaq. “Ay-ulduzlular” mayın 26-da Azərbaycan millisi ilə qarşılaşacaq. Bu görüş Antalyada baş tutacaq. Şenol Güneşin baş məşqçisi olduğu kollektiv “AVRO-2020″yə hazırlığı iyunun 1-də Osiekdə Xorvatiyaya qarşı keçiriləcək oyunla yekun vuracaq.
Qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək yığmalardan İsveçrə də 4 oyun keçirəcək. İsveçrəlilər martın 26-da Dohada Xorvatiya, 30-da Belçika, mayın 31-də Bazeldə Almaniya, iyunun 4-də isə Lixtenşteynlə qarşılaşacaq.
Uels millisinin isə hələlik 2 rəqibi müəyyənləşib. Britaniyalılar martın 27-də Suonsidə Avstriya, 3 gün sonra isə Kardiffdə ABŞ seçməsi ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
Qeyd edək ki, AVRO-2020-nin 4 oyunu (3 qrup mərhələsi və bir 1/4 final qarşılaşması) Bakı Olimpiya Stadionunda (BOS) təşkil olunacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …