Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / İdman / UEFA Superkubokunun qalibi müəyyənləşdi

UEFA Superkubokunun qalibi müəyyənləşdi

Bu gün UEFA Superkuboku uğrunda oyun keçirilib.

Belə ki, Şimali İrlandiyanın paytaxtı Belfastda keçirilən görüşdə İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” klubları üz-üzə gəliblər.

Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Çelsi” daha dəqiq olaraq (6:5) Superkubokun qalibi olub.

Xatırladaq ki, “Çesli” Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının son qalibi kimi Superkubok matçına çıxıb.

11 avqust

UEFA Superkuboku

23:00. “Çelsi” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 1:1(Penaltilər – 6:5)

Qollar: Ziyeş, 27, Moreno, 73 

Baş hakim: Sergey Karasyov (Rusiya)

Belfast. “Uindzor Park” stadionu

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …