Ana səhifə / İdman / UEFA Rusiyanın Avropa çempionatları ilə bağlı müraciətini rədd etmək istəyir

UEFA Rusiyanın Avropa çempionatları ilə bağlı müraciətini rədd etmək istəyir

UEFA Rusiya Futbol İttifaqının (RFS) 2028 və ya 2032-ci ildəki Avropa çempionatına ev sahibliyi ilə bağlı müraciətini rədd etməyə çalışır.

“Report” “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbərliyi məsələ ilə bağlı təcili toplantı keçirmək niyyətindədir.

Ərizənin rədd edilməsi ilə bağlı addımlar artıq işlənmə mərhələsindədir.

Qeyd edək ki, daha əvvəl Türkiyə, Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Böyük Britaniya və İrlandiya AVRO-2028-i keçirmək üçün UEFA-ya müraciət ünvanlayıb. Yarışlarla bağlı qərar 2023-cü ilin sentyabrında açıqlanacaq.

Həmçinin oxuyun

Rafael Ağayev də mübarizəni dayandırdı

Azərbaycan karateçisi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb. Belə ki, 75 …