Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İdman / UEFA Region Kuboku: “Cəbrayıl” bu gün yenidən “Kolos”la qarşılaşacaq

UEFA Region Kuboku: “Cəbrayıl” bu gün yenidən “Kolos”la qarşılaşacaq

Azərbaycanı UEFA Region Kubokunda təmsil edən “Cəbrayıl” komandası bu gün ilkin seçmə mərhələnin II qrupunda növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, rəqib yenə Belarusun “Kolos” komandası olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlanacaq.

Region

16:00. “Cəbrayıl” – “Kolos”

Hakimlər: David Smayts, David Qabrovets (hər ikisi Sloveniya), Paskal Hirtsel, Luka Sibelli (hər ikisi İsveçrə)

Şamaxı şəhər stadionu

Bu komandalar arasındakı ilk matçda “Kolos” qalib gəlib – 2:1. “Cəbrayıl” növbəti mərhələyə yüksəlmək üçün bugünkü görüşünü qələbə ilə başa vurmalıdır.

Qeyd edək ki, ilkin mərhələnin I qrupunda Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları çıxış edir. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …