Ana səhifə / İdman / UEFA “Qarabağ”la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA “Qarabağ”la oyundakı hadisələrə görə Fransa klubunu cəzalandırıb

UEFA Fransanın “Nant” klubunu cəzalandırıb.
Buna Liqa 1 təmsilçisinin azarkeşlərinin evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur oyununda yol verdikləri hərəkətlər səbəb olub.

Klub “Bojuar” stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 000 avro, atəşfəşanlığa görə isə 30 000 avro cərimələnib. Üstəlik, UEFA İtaliya “Yuventus”una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına qərar verib.

Bundan başqa, təhlükəsizlik tədbirləri lazımi səviyyədə olmadığı və azarkeşlər tam yoxlanılmadığı üçün “Nant”a xəbərdarlıq edilib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …