Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / İdman / UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı iş açdı

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 13-də keçirilmiş Avropa Liqasının “Arsenal” – “Qarabağ” oyunu ilə bağlı araşdırmalara başlayıb.
Avropa futbol qurumu erməni təxribatçının meydana qondarma “DQR” bayrağı ilə çıxması, siyasi məqsədlərdən istifadə olunması, üstəlik oyunun nəzərdə tutulandan üç dəqiqə gec başlamasını araşdıracaq. Bununla bağlı fevralın 21-də qərar veriləcək.
Qeyd edək ki, Artur Zakaryan adlı üzərində terrorçu Monte Melkonyanın şəkli olan erməni təxribatçı 90+3-cü dəqiqədə qondarma “DQR” bayrağı ilə meydana çıxıb və “Arsenal”ın ehtiyat oyunçular skamyasında əyləşmiş Henrix Mxitaryana sevgisini bildirməyə çalışıb. Buna cavab olaraq “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bayrağı ondan almağa cəhd edib.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …