Şənbə , Fevral 24 2024
Ana səhifə / İdman / UEFA “Olimpiya” klubunun “Qarabağ”a qarşı şikayətini rədd etdi 

UEFA “Olimpiya” klubunun “Qarabağ”a qarşı şikayətini rədd etdi 

UEFA Sloveniyanın “Olimpiya” klubunun “Qarabağ”a qarşı Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı verdiyi apellyasiya şikayətini rədd edib. 

Təşkilatın Nəzarət, Etika və İntizam Komitəsinin sentyabrın 28-də verdiyi qərar qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Lyublyanadakı qarşılaşmada “Olimpiya” meydana əşyaların atılmasına görə 22625, komandanın düzgün olmayan davranışına görə isə 4500 avro cərimələnib. Görüş Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “köhlən atlar” turnirin qrup mərhələsinə yüksəlib. 

Həmçinin oxuyun

Avropa Liqası: “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” klubu fevralın 22-də UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb. Saat 21:45-də start …