Cümə , Dekabr 9 2022
Ana səhifə / İdman / UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ”a ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.
Belə ki, Ağdam təmsilçisinə Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 000 avro, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 000 avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, 1 178 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb. Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransa “Marsel”i ilə qarşılaşacaq.

Həmçinin oxuyun

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qarabağ”a qarşı 11 gün ərzində 3 oyun keçirmək çox çətindir”. Bunu “Qəbələ”nin futbolçusu İsnik Alimi Azərbaycan …