Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / İdman / UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyununda qalib müəyyənləşmədi

UEFA Millətlər Liqası: Azərbaycan-Kipr oyununda qalib müəyyənləşmədi

Bu gün dutbol üzrə UEFA Millətlər Liqasının 2020/2021-ci il mövsümü çərçivəsində Azərbaycan-Kipr oyunu keçirilib.

Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar neytral meydanda – Albaniyadakı Elbasan şəhər stadionunda baş tutan oyunda hesab açılmayıb.

Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur.

Xatırladaq ki, Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib – 1:0.

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …