Ana səhifə / İdman / UEFA Konqresi quruma yeni ölkənin üzv olmasının əleyhinə çıxıb

UEFA Konqresi quruma yeni ölkənin üzv olmasının əleyhinə çıxıb

Cersi Futbol Assosiasiyasının (JFA) UEFA üzvlüyünə qəbul üçün müraciətinə rədd cavabı verilib.

“Report”un məlumatına görə, bu barərə UEFA-nın Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində qərar qəbul edilib. Konqresdə qitə futbol qurumunun 55 üzvündən 49-u üzvlüyün əleyhinə səs verib, 1-i isə bitərəf qalıb.

Qeyd edək ki, Cersi La-Manş boşağında adadır. 100 min nəfərlik ada Böyük Britaniyanın tərkibinə daxildir. JFA 2015-ci ilin dekabrında İngiltərə Futbol Assosiasiyasını tərk edərək, UEFA-ya müstəqil assosiasiya kimi qoşulmaq istəyib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …