Şənbə , Oktyabr 1 2022
Ana səhifə / İdman / UEFA-dan növbəti “Qarabağ“ paylaşımı – Foto

UEFA-dan növbəti “Qarabağ“ paylaşımı – Foto

UEFA Konfrans Liqasının rəsmi İnstaqram səhifəsi növbəti dəfə “Qarabağ” haqqında paylaşım edib.

Paylaşımda Ağdam təmsilçisinin son 25 görüşdə yalnız bir dəfə məğlub olduğu xatırladılıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası son 25 görüşdə təkcə Premyer Liqanın 8-ci turunda “Səbail”ə uduzub – 1:3. “Qarabağ” noyabrın 9-da Konfrans Liqasının qrup mərhələsinin sonuncu – 6-c turunda İsveçrədə “Bazel”in qonağı olacaq. Təmsilçimiz qələbə qazanarsa, birbaşa 1/8 finala yüksələcək. Əks halda “Qarabağ” 1/8 final uğrunda Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq. 

UEFA-dan növbəti “Qarabağ“ paylaşımı  - Foto

Həmçinin oxuyun

Millimizə yeni baş məşqçi, yoxsa Byazi ilə yola davam?

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin AFFA ilə müqaviləsinin müddəti – sentyabrın 30-da başa …