Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / UEFA-dan Mxitaryan məsələsinə daha br reaksiya

UEFA-dan Mxitaryan məsələsinə daha br reaksiya

UEFA prezidenti Aleksander Çeferin “Arsenal”ın futbolçusu Henrix Mxitaryanın Bakıda “Çelsi” ilə Avropa Liqasının final matçını buraxması ilə bağlı yaranmış vəziyyəti şərh edib.

“Report”un məlumatına görə, sloveniyalı funksioner “Spiegel” nəşrinə açıqlamasında bunu oyunçunun öz qərarı kimi dəyərləndirib.

“Futbol belə təzyiqlər altında qalacaqsa, biz gələcəkdə heç nə təşkil edə bilməyəcəyik. Fransadakı Avropa çempionatında təhlükəsizliyi təmin etməyə nail olmuşduq. Həmin vaxt terror hücumlarının hədəfi bütün ölkə idi” deyə Çeferin vurğulayıb.

Qeyd edək ki, Henrix Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma üçün Azərbaycana gəlməməyə qərar verib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …