Çərşənbə , May 22 2019
Ana səhifə / İdman / UEFA Çempionlar Liqası:“Qarabağ” və “Olimpiya” komandalarının start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqası:“Qarabağ” və “Olimpiya” komandalarının start heyətləri açıqlanıb

İyulun 18-də saat 21:00-da Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasında ikinci oyununa çıxacaq.

Azərtac xəbər verir ki, turnirin birinci seçmə mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda Sloveniyanın “Olimpiya” komandasını qəbul edəcək.

“Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Coşğun Diniyev, Simeon Slavçev, Miçel, Abdella Zubir, Dani Kintana və Mahir Mədətov yer alıblar.

“Olimpiya”nın ilk onbirliyində isə meydana Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Rok Kronaveter, Ştefan Saviç, Kinqsli Boatenq, Tomislav Tomiç və Daniel Avramovski çıxacaqlar.

Komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb. “Qarabağ” bu mərhələni adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.

Həmçinin oxuyun

“ Özümüzdən razı olmaq üçün əsasımız yoxdur” – Yurçeviç

“Optimistəm, oyunlar zamanı stadionun dolu olacağına və azarkeşlərimizin dəstəyi ilə lazımi nəticəni birlikdə qazanacağımıza ümid …