Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / UEFA Azərbaycan klublarına güzəşt edib

UEFA Azərbaycan klublarına güzəşt edib

UEFA klubların gecikdirilmiş kredit borclarının olmaması ilə bağlı hesabatların təqdim edilməsi vaxtını uzadıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası üzündən çempionatların dayandırılması səbəb olub.

Bunu nəzərə alan UEFA qitənin bütün klublarına, o cümlədən Azərbaycan təmsilçilərinə güzəşt edib. Qurum son tarixi bir ay uzadıb. Klublar maliyyə feyr-pleyi əsasnaməsinə uyğun hesabatları martın 31-i deyil, aprelin 30-dək UEFA-ya təqdim etməlidir.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …