Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / UEFA “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi

UEFA “Arsenal”ın Bakıda keçiriləcək final oyununa dair qəzəbli bəyanatına cavab verdi

UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti  “Arsenal” klubunun Bakıda keçiriləcək  Avropa Liqasının final oyununa dair bəyanatına cavab verib.
Mayın 29-da  Azərbaycan paytaxtında “Çelsi” klubu ilə  görüş keçirəcək “Arsenal” komandası azarkeşlərə yalnız 6 min bilet ayrılmasından və Bakıya gəlməyin çətin olacağından narahatdırlar.
“Final oyunularının keçirilməsi üçün Bakı şəhəri seçilərkən Londonun iki komandasının finala qalacağını gözləmirdik. Şübhəsiz ki, bu azarkeşlər üçün müəyyən logistika çətinlikləri yaradıb.  UEFA  hər iki komandanın azarkeşlərinin Bakıya səfərlə bağlı qarşılaşdığı problemlərə görə təəssüflənir. Bizim mütəxəssislərimiz aktiv şəkildə işləyirlər və fanatlar üçün daha uyğun həll yolları tapmağa çalışırlar. Bu məsələdə sizin klubla birgə səyləri qiymətləndirərdik”.
Həmçinin UEFA rəsmisinin məktubunda azarkleşlərə hansı səbəbə 6 min bilet ayrılması məsələsinə aydınlıq gətirilib.
“Biz kvotanı müəyyənləşdirərkən  arenanın tutumuna deyil, hər iki komandanın səfər oyunları zamanı onları müşayiət etmiş azarkeşlərinin sayına əsaslandıq. Kvotanı proporsional şəkildə müəyyənləşdirmək düzgün olmazdı”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …