Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / İdman / Üç boksçumuz dünya çempionatında mübarizəyə qoşulur

Üç boksçumuz dünya çempionatında mübarizəyə qoşulur

Sentyabrın 15-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında üç boksçumuz onaltıdabir final mərhələsində çıxış edəcək.

Belə ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanov ilə qarşılaşacaq. Digər boksçularımız Alfonso Dominqes (81 kq) İspaniya təmsilçisi Qazimaqomed Calidovla, İsmayıl Yaqubov (91 kq) isə Ukrayna təmsilçisi Marat Qriqoryanla döyüşəcək.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək davam edəcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Həmçinin oxuyun

“Qarabağ”ın dünyanın ən məhsuldar 10 klubu siyahısına düşməsinə 2 qolu çatmayıb

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb. Cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə …