Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / İdman / Türkiyə Super Liqasının bombardiri həbs olundu

Türkiyə Super Liqasının bombardiri həbs olundu

Türkiyə milli komandasının sabiq futbolçusu Zafer Biryol həbs olunub.

Azinforum.az  “Sabah”a istinadən xəbər verir ki, 2003/2004 mövsümündə Türkiyə Superliqasının bombardiri olan 41 yaşlı veteran hücumçu İstanbul Baş Prokurorluğu tərəfindən Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlanılıb.
Həbsin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Türkiyə millisinin heyətində 7 oyun keçirib 1 qol vuran Zafer Biryol karyerası ərzində “Fənərbaxça” və “Bursaspor” kimi klubların formasını geyinib. O, 2003/2004 mövümündə “Konyaspor”un heyətində vurduğu 25 qolla Türkiyə Super Liqasının bombardiri olub.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …