Bazar , Sentyabr 19 2021
Ana səhifə / İdman / Türkiyə millisi Niderlandda 6 qol buraxıb

Türkiyə millisi Niderlandda 6 qol buraxıb

Türkiyə millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin VI turunda meydana çıxıb.

“Neftçi” Konfrans Liqasında debüt oyununda “Makkabi” ilə üz-üzə gələcək Çempionlar Liqasında ən yaxşı müdafiəçi bəlli olub Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub Şenol Günəşin yetirmələri II dövrəyə Niderlandda start verib. İlk 5 qarşılaşmada uduzmayan “ay-ulduzlular” bu dəfə azarkeşlərini məyus edib.

Bu görüşədək 11 xalla G qrupunun lideri olan Türkiyə yığması artıq ilk 45 dəqiqədə üç cavabsız top buraxıb. Devi Klassen 1-ci, Memfis Depay 16-cı və 38-ci dəqiqələrdə fərqlənib. Fasilə ərəfəsində qırmızı vərəqə alan Çağlar Söyünçü komandasını azlıqda qoyub.

İkinci hissə də meydan sahiblərinin üstünlüyü ilə keçib. Depay het-trikini rəsmiləşdirib – 4:0. Matçın sonlarında isə Quus Til və Donyel Malen darmadağını 6:0-a çatdırıb. Çengiz Ündərin uzatma dəqiqələrindəki qolu isə yalnız təsəlli xarakteri daşıyıb – 1:6.

Qrupun digər oyunlarında Norveç Cəbəllütariqi (5:1), Monteneqro Latviyanı qəbul edib. Bu nəticələrdən sonra Niderlandla Norveç 13 xalla liderliyi bölüşür. 3-cü olan Türkiyə yığması onlardan iki xal geri qalır.

Həmçinin oxuyun

Cavid yeni klubu və keçmişi haqda danışdı: “Elə münasibət göstərdilər, sanki uşağam”

Azərbaycanın tanınmış futbolçularından olan Cavid Hüseynov yeni futbol klubu yaradıb. Millimizin sabiq üzvü “Cəbrayıl” Futbol …