Ana səhifə / İdman / Türkiyə klubu “Qalatasaray”la heç-heçədən sonra baş məşqçisi ilə vidalaşıb

Türkiyə klubu “Qalatasaray”la heç-heçədən sonra baş məşqçisi ilə vidalaşıb

Türkiyənin “Erzurumspor” klubu baş məşqçi Mehmet Özdilek ilə yollarını ayırıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, komanda Türkiyə Super Liqasının sonuncu turunda evdə “Qalatasaray”la heç-heçə edib. “Erzurumspor” hazırda turnir cədvəlində 24 turdan sonra 22 xalla 17-ci pillədə qərarlaşıb. “Qarabağ” klubunun sabiq qapıçısı İbrahim Şehiç də məhz bu klubun formasını geyinir.

Həmçinin oxuyun

Yığmamızın baş məşqçisi: “Bu futbolçularla gələcəkdə yaxşı işlər görmək olar”

“Bu gün Avropanın ən güclü komandalarından biri ilə oynadıq. Rəqib istər fiziki, istər taktiki baxımdan …