Bazar ertəsi , May 27 2024
Ana səhifə / İdman / Türkiyə futbolda Ermənistana qalib gəldi

Türkiyə futbolda Ermənistana qalib gəldi

Ermənistan-Türkiyə futbol matçı Türkiyənin qələbəsi ilə başa çatıb.

Azinforum.az xəbər verir ki, oyun 1-2 hesabı ilə bitib.

İrəvanda keçirilən oyunda hesab 10-cu dəqiqədə açılıb. Ozan Kabakın öz qapısına vurduğu qol Ermənistanı hesabda irəli keçirib.

34-cü dəqiqədə Orxan Kökçünün rəqib qapısına vurduğu qolla hesab bərabərləşib.

63-cü dəqiqədə Kərəm Aktürkoğlunun zərbəsi ilə Türkiyə millisi irəli keçib və hesab oyunun sonunadək dəyişməyib.

Həmçinin oxuyun

“Qalatasaray” Türkiyə Superliqasının qalibi olub

Futbol üzrə Türkiyə Superliqasının qalibi müəyyənləşib. “Report”un məlumatına görə, sonuncu – XXXVIII turun həlledici qarşılaşması …