Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / İdman / Türkiyə Fransa üzərində tarixi qələbə QAZANDI

Türkiyə Fransa üzərində tarixi qələbə QAZANDI

Futbol üzrə Avropa Çempionatı-2020-nin seçmə mərhələsində 3-cü tura yekun vurulub.

Modern.az xəbər verir ki, turun ən maraqlı qarşılaşmalarından biri Türkiyədə keçirilib. H qrupunda keçirdiyi hər iki oyunda qələbə qazanan Türkiyə millisi bu dəfə çətin sınaq qarşısında idi. Belə ki, Şenol Günəşin komandası evdə dünya çempionu Fransa ilə oynayırdı.

Meydan sahibləri iki cavabsız qol vuraraq turnir cədvəlimndə vahid liderliyi ələ keçirib. “Ay-ulduzlular”a qələbəni Kaan Ayhan və Çengiz Ündərin qolları qazandırıb. Şenol Günəşin yetirmələrinin qələbəsi tarixi əhəmiyyət kəsb edib. Çünki Türkiyə millisi tarixində ilk dəfə Fransanı məğlub edib. 

Bu qrupda İslandiya Albaniyanı, Moldova isə Andorranı minimal hesabla məğlub edib.

H qrupu

İslandiya – Albaniya – 1:0
Moldova – Andorra – 1:0 
Türkiyə – Fransa – 2:0 

1.Türkiyə33008:09
2.Fransa32018:36
3.İslandiya32013:46
4.Albaniya31023:33
5.Moldova31022:83
6.Andorra30030:60

VIDEO

Həmçinin oxuyun

Şəhriyar Məmmədyarov 28 şahmatçı ilə eyni anda oynadı

Bakı Gənclər Mərkəzində 23 iyun tarixində dünya şahmatının dəyərli simalarından olan həmyerlimiz Şəhriyar Məmmədyarovla şahmat …