Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu – AVRO-2020

Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu – AVRO-2020

AVRO-2020-nin seçmə mərhələsi davam edir.

VII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Qonşu Türkiyə yığması Albaniyanı qəbul edib. Final mərhələsinə vəsiqəyə iddialı olan “ay-ulduzlular” qələbə qolunu son dəqiqələrdə vurublar. H qrupunun favoriti Fransa səfərdə İslandiyanı bir qolla məğlub edib. Andorra isə Moldova ilə matçda ilk qələbəsinə sevinib.

B qrupunda favoritlər qələbə qazanıblar. Ukrayna Litvanı, Portuqaliya Lüksemburqu yenərək final mərhələsinə bir addım da yaxınlaşıblar.

AVRO-2020-yə vəsiqəni indidən təmin etmək üçün qalib gəlməli olan İngiltərə Çexiyaya uduzub. Bu qrupun digər matçında Monteneqro Bolqarıstanla bərabərə qalıb. Cebhe.info

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …