Şənbə , Dekabr 5 2020
Ana səhifə / İdman / Tokio-2020-yə neçə idmançı ilə gedə bilərik?

Tokio-2020-yə neçə idmançı ilə gedə bilərik?

Dünyanın ən böyük idman yarışı olan Yay Olimpiya Oyunlarına 10 ay vaxt qalsa da, bir çox idmançılar Tokioda keçiriləcək mötəbər turnirə lisenziya əldə ediblər. Azərbaycan atletləri isə indiyə qədər bu yarışa cəmi 6 lisenziya qazanıb. 

Bu lisenziyalardan 2-si gimnastikada əldə edilib. Komanda yarışlarına qatılacaq gimnastlarımızdan Zöhrə Ağamirova həm də fərdi yarışlarda Tokioya lisenziya qazanıb. 

Yüngül atletimiz Anna Skidan bu siyahıya adını əlavə edə bilib. 

Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında daha çox lisenziya gözlənilsə də, istənilən əldə olunmadı. Yalnız Mariya Stadnik və Şərif Şərifov 2020-ci il Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə etdi. 

Düzdür, güləşçilərimiz üçün qarşıda bir neçə lisenziya yarışı var. Lakin mundialda da bu cür zəif çıxış gözlənilməz oldu. 

6-cı lisenziyanın sahibi isə üzgüçülük yarışlarında mübarizə aparacaq Maksim Şemberevə məxsusdur. 

Hər halda indiyə qədər əldə olunan 6 lisenziyanı az saymaq olar. 

Son iki Olimpiada ilə müqayisədə bu ilə daha az idmançımızın dünyanın ən güclü idman yarışına yollanacağını gözləmək olar. 
2012-ci ildə Londonda keçirilən turnirdə ölkəmizi 15 idman növündə 53 idmançı təmsil etmişdi. Bu idmançılardan 10-u fəxri kürsüyə qalxmağı bacarmışdı. 

Ümumilikdə komandamız 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə etmişdi.

2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında isə Azərbaycanı 17 növündə olmaqla 56 idmançı təmsil edib. Onlardan 18-I adını medalçılar siyahısına yazdırıb. 

1 qızıl, 7 gümüş və 10 bürünc medulla komandamız Olimpiadalar tarixində ən yaxşı göstəricisinə imza atmışdı. 

Düzdür, qarşıdakı 10 ayda cüdodan 6, güləşdən 8, karatedən 2, taekvandodan 3 gözlənilən lisenziyanı nəzərə alsaq, bu sayın artacağı şübhəsizdir. 

Lakin yenə də son 2 Olimpiadaya nisbətdə komandamızın daha az idmançı ilə Yaponiyaya yollanacağını ehtimal etmək olar. 

İdmançılarımızın Olimpiadalarda ümumi nəticələri aşağıdakı kimidir:

“Barselona-1992” – 5 idmançı, 2 medal (1-0-1)
“Atlanta-1996” Yay Olimpiya Oyunları – 23 idmançı, 1 medal (0-1-0)
“Sidney-2000” Yay Olimpiya Oyunları –31 idmançı, 3 medal (2-0-1)
“Afina-2004” Yay Olimpiya Oyunları – 37idmançı, 5 medal (1-0-4)
“Pekin-2008” Yay Olimpiya Oyunları – 44 idmançı, 7 medal (1-2-4)
“London-2012” Yay Olimpiya Oyunları – 53 idmançı, 10 medal (2-2-6)
“Rio-2016” Yay Olimpiya Oyunları – 56 idmançı, 18 medal (1-7-10).

Həmçinin oxuyun

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya …