Cümə , Dekabr 1 2023
Ana səhifə / İdman / Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı

Tokio-2020: İki cüdoçumuz mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib.

Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi.

Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzaraq yarışla vidalaşıb.

Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.

Həmçinin oxuyun

İki güləşçimiz dünya çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında qızıl …