Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İdman / Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

Belə ki, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb. Rəqibinə 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …