Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Tofiq Bəhramovun ailəsindən İngiltərəyə dəstək: “Əgər babam yaşasaydı…”

Tofiq Bəhramovun ailəsindən İngiltərəyə dəstək: “Əgər babam yaşasaydı…”

DÇ-2018-in başlaması ərəfəsində Böyük Britaniya mətbuatı əfsanəvi azərbaycanlı hakim Tofiq Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.
Qol.az-ın xəbərinə görə, məşhur “Mirror” qəzeti T.Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib. Qəzet yazıb ki, Bəhramov ailəsi mundialda İngiltərəyə azarkeşlik edəcək.
36 yaşlı kiçik Bəhramov deyib: “Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər. İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, əgər babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu”.
Nəvə Bəhramov arzu edir ki, onun oğlu Bəhram ailəsinin futbol ənənəsini davam etdirəcək və nə zamansa İngiltərə Premyer Liqasında oynayacaq.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …