Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Teymur Rəcəbov: “Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir“

Teymur Rəcəbov: “Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir“

“Rusiyanın şahmat komandası digər ölkələr kimi bütün beynəlxalq yarışlarda iştirak etməlidir”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

35 yaşlı qrossmeyster idmanın, mədəniyyətin və incəsənətin siyasətdən kənarda qalmalı olduğunu bildirib.

T. Rəcəbovun fikrincə, Rusiya şahmatçıları da beynəlxalq turnirlərə qatılmalıdırlar: “Mən özüm də müəyyən mənada pasifistəm. İstərdim ki, hər kəs öz düşüncələrinə baxmayaraq yarışlarda iştirak etsin”.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) Rusiya və Belarus yığmalarının turnirlərə qatılmasını qadağan edib. Hər iki ölkə təmsilçiləri FIDE bayrağı altında fərdi yarışlarda mübarizə apara bilər.

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …