Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi

Teymur Rəcəbov finala vəsiqə qazana bilmədi

Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsində çıxış edən Teymur Rəcəbov bu gün yarımfinalda növbəti görüşlərini keçirib.

Həmyerlimiz ABŞ təmsilçisi Uesli So ilə görüşüb. 

Rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün bugünkü dörd qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.

Lakin ilk iki partiyadan heç-heçə ayrılan Teymur üçüncü görüşdə məğlub olduqdan sonra 4-cü qarşılaşmanın mənası qalmayıb. Beləliklə 2:1 hesabı ilə uduzan şahmatçı finala çıxmaq şansını əldən verib.

Teymur sabah üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibi Maqnus Karlsen (Norveç) – Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.  /Oxu.az

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …