Ana səhifə / İdman / Teymur Rəcəbov Aronyanı məğlub edib çempion oldu

Teymur Rəcəbov Aronyanı məğlub edib çempion oldu

Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn təşkil olunan “Airthings Masters” turnirinin final matçı keçirilib.

Final mərhələsinin ikinci görüşündə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Görüş təmsilçimizin 4,5:2,5 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da azərbaycanlı şahmatçı turnirin qalibi olub.

Ötən gün baş tutan birinci matçda T.Rəcəbov erməni rəqibini 2,5:1,5 hesabla məğlub etmişdi.

Xatırladaq ki, “Airthings Masters” turnirinin seçmə mərhələsini 6 xalla beşinci yerdə başa vuran Teymur Rəcəbov dörddəbir finalda Rusiya təmsilçisi Yan Nepomnyaşiyə, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubova qalib gəlib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …